Vurulan Rusiya təyyarəsinin pilotu türkmənlərin əlinə keçdi
Türkiyə hava məkanını pozduğu üçün vurulan hərbi təyyarənin hansı ölkəyə məxsus olduğu aydınlaşıb.
APA TV-nin Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyə Cumhurbaşqanlığından hərbi təyyarənin Rusiyaya məxsus olduğunu açıqlanıb. Vurulan təyyarənin "Su-24" tipli hərbi təyyarə olduğu bildirilib.
Rusiya Müdafiə Nazirliyi də Suriyada Su-24 təyyarəsinin vurulması faktını təsdiqləyib. “Təyyarə 6 min metr hündürlükdə olub. Güman ki, "Su-24" yerdən açılan atəş nəticəsində qəzaya uğrayıb. Uçuş zamanı təyyarə Suriya hava məkanında olub. Bu, nəzarət vasitələri tərəfindən qeydə alınıb. Hazırda təyyarə pilotlarının harada olduğu müəyyənləşdirilir”, - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.
Paraşütlə atılaraq xilas olan pilotlardan biri Suriyada türkmən bölgəsi olan Bayır-Bucaq türkmənləri tərəfindən əsir alındığı bildirilir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi