Lavrov Türkiyəyə səfərdən imtina etdi
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Türkiyəyə planlaşdırılmış səfərindən imtina edib. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bunu S.Lavrov özü bəyan edib.
O, Türkiyəyə səfərdən imtinasının səbəbi kimi bu ölkədə terror təhlükəsinin yüksək olmasını göstərib: “Türkiyədə terror təhlükəsi Misirdə olduğundan az deyil. Rusiya XİN Rusiya vətəndaşlarına bu ölkəyə getməməyi məsləhət görür”.
Qeyd edək ki, noyabrın 25-də İstanbulda Sergey Lavrovun V Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirakı planlaşdırılmışdı.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi