Suriya sərhədində "MİQ-29" 8 türk qırıcısını hədəfə aldı – MÜHARİBƏ TƏHLÜKƏSİ
Türkiyənin Suriya sərhədində nəzarət uçuşları həyata keçirən 8 ədəd "F-16" qırıcısı naməlum "MİQ-29" qırıcısı tərəfindən hədəfə götürülüb. APA TV-nin xəbərinə görə, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Bu son üç gün ərzində ikinci belə hadisədir. "MİQ 29" Türkiyə qırıcılarının rabitə sisteminə müdaxilə edib və onları 4 dəqiqə 30 saniyə müddətində radar hədəfində saxlayıb.
Bundan əlavə həmin naməlum qırıcıdan başqa Suriya ərazisindəki Hava Hücumundan Müdafiə Sistemlərinin də "F-16"ları eyni müddət ərzində radar hədəfində saxlayıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi