Azərbaycan prezidenti Latviyanın iqtisadiyyat nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 25-də Latviya Respublikasının iqtisadiyyat naziri xanım Dana Reizniece-Ozolanı qəbul edib.
APA.TV-nin məlumatına görə, xanım Dana Reizniece-Ozola Latviya Respublikasının prezidenti Raymonds Veyonisin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.
Səfərdə onu Latviyanın müxtəlif sektorlar üzrə, o cümlədən informasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdən olan 30 biznesmenin müşayiət etdiyini vurğulayan nazir ölkəsinin iş adamlarının Azərbaycan ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını deyib.
Azərbaycanla Latviya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı bu əlaqələrin dostluq münasibətlərinə əsaslandığını deyib. Latviya Prezidenti ilə çox yaxşı münasibətlərinin olduğunu vurğulayan prezident İlham Əliyev bunu ölkələrarası münasibətlərin inkişafında mühüm amil kimi dəyərləndirib.
Azərbaycan-Latviya əlaqələrinin genişləndirilməsində ölkələrimizin müxtəlif strukturları arasında sıx qarşılıqlı fəaliyyətin önəmini qeyd edən dövlət başçısı iqtisadi sahədə əməkdaşlığımızın xüsusi əhəmiyyət daşıdığını bildirib.
Prezident İlham Əliyev prezident Raymonds Veyonisin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Latviya dövlətinin başçısına çatdırmağı xahiş edib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi