Suriya kürdlərinin lideri: "Rusiya ilə əməkdaşlığa hazırıq"
"Suriya kürdləri Rusiya ilə əməkdaşlıq etməyə hazırdırlar". APA TV-nin "RİA-Novosti"yə istinadən verdiyi məlumata görə, bu açıqlamanı "Demokratik İttifaq" partiyasının lideri Salih Müslim Məhəmməd verib.
"İndiki vaxta qədər bizim Suriyada Rusiya ilə əməkdaşlıq etməyə imkanımız olmayıb. Amma biz həmişə bunu arzulamışıq. Düzdür, rus hərbçiləri hələ bizim bölgəyə yaxınlaşmayıblar, onlar qərbdə əməliyyatları davam etdirirlər. Ümid edirəm ki, biz onlarla hərbi əlaqələr qurub dəstək verəcəyik", - deyə Müslim əlavə edib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi