Lavrov: "Türkiyə prezidentindən Putinə zəng olmayıb"
Rusiya XİN rəhbəri Sergey Lavrov prezident Vladimir Putinə türkiyəli həmkarı Ərdoğandan telefon zəngi gəlmədiyini bildirib.
APA TV-nin Moskva müxbirinin xəbərinə görə, bunu Sergey Lavrov Türkiyə rəhbərinin rusiyalı həmkarına zəng etmək cəhdi barədə açıqlamasına şərh verərkən deyib.
Qeyd edək ki, Ərdoğan Fransanın “France 24” telekanalına müsahibəsində "Su-24" təyyarəsi vurulandan sonra Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi yaratmağa cəhd etdiyini, lakin onun cavab vermədiyini bildirib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi