"VAZ"la "QAZ" toqquşdu: 4 yaralı
Saatlıda 4 nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib. Hadisə günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 53-cü kilometrliyində Saatlı rayonunun ərazisində qeydə alınıb. APA TV-nin məlumatına görə, Sabirabad rayonu istiqamətində hərəkətdə olan İmişli sakini Əlimirzə Abbasovun idarə etdiyi "QAZ 31" markalı avtomobil qarşıdan gələn "VAZ 2109" markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində "VAZ 2109"-un sürücüsü Əzizxan Ağayev və sərnişin Əkbər Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Saatlı Mərkəzi Rayon Xəstəxanasına aparılsa da, vəziyyətləri ağır olduğundan Bakı şəhərinə göndərilib. Həmçinin, qəza zamanı "QAZ 31" markalı avtomobildə olan sərnişinlər Əsli Abbasova və Günel Abbasova yüngül bədən xəsarətləri alıb. Sürücünün sözlərinə görə hadisəyə səbəb ev quşlarının qəfildən avtomobilin qarşısına çıxması olub.
Faktla bağlı Saatlı rayon polis şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib