Nardaranda tutulanlar barədə həbs qərarı verildi: 15 maddə ilə ittiham olunurlar
Nardaranda baş verən insidentlə əlaqədar tutulan şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.
APA-nın məlumatına görə, məhkəmə saxlanılan 14 nəfər barəsində 4 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsinə qərar verib.
Saxlanılanlara qarşı Cinayət Məcəlləsinin 15 maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyat zamanı iki polis əməkdaşı həlak olub. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi