Azər Maqsudov: “Tofiq Hacıyevin həyat yoldaşı komadan çıxıb”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun mərhum direktoru, akademik Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyeva komadan çıxıb.
Bu barədə APA-ya Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.
O bildirib ki, xəstədə ağrı qıcığına qarşı reaksiyalar aktivləşməyə başlayıb və Tamara Hacıyevanın vəziyyətinin yaxşılaşacağına ümid var.
Qeyd edək ki, dünən səhər saatlarında akademik Tofiq Hacıyev yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb. Həmin vaxt akademikin həyat yoldaşı da dəm qazından zəhərlənib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi