Bank Of Baku

Dollar aylıq maksimuma çatdı - MƏZƏNNƏ

# 10:56
30 noyabr 2015

Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dolları noyabrın 27-nə nisbətən manat qarşısında bahalaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,0512 manat olaraq müəyyənləşdirib. Bu, dolların məzənnəsinin noyabr ayı üzrə ən yüksək göstəricisidir.

 

Avronun kursunda ötən həftəyə nisbətən ucuzlaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,1130 manatdır. Bu, avronun noyabr ayında ən aşağı göstəricisidir.

 

Rusiya rublu da ucuzlaşıb. Hazırda 1000 rublun rəsmi kursu 15 manat 80 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR