Putin Ərdoğanla görüşdən imtina etdi
Rusiya prezidenti Vladimir Putin Parisdə iqlim dəyişikliyi məsələsinə həsr olunan sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyəcək.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Ərdoğanla görüş planlaşdırılmır, belə bir görüşdən söhbət getmir. Görüş olmayacaq”, - deyə o, söyləyib. D.Peskov iki prezident arasında telefon danışığını da istisna edib: “Hələlik Putinin qrafikində hər hansı belə əlaqə yoxdur. Başqa şərh vermək istəməzdim”.
D.Peskov sammitdə ABŞ prezidenti Barak Obama ilə Putin arasında görüş keçiriləcəyini də əlavə edib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi