Göygöldə 29 yaşlı gənci maşın vurub öldürdü
Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Gəncə-Göygöl avtomobil yolunda qeydə alınıb.
Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Zaur Nəbiyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Göygöl rayon sakini, 1986-cı il təvəllüdlü Mobil Mansurovu vurub. Ağır bədən xəsarəti alan Mobil Mansurov hadisə yerində ölüb.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi