Rusiya PKK-nın Suriya qanadını silahlandırmağa başladı
Rusiyaya məxsus helikopterlər vasitəsilə PKK-nın Suriya qanadı olan YPG-nin Hələbin Arfin qəsəbəsinin 7 kilometrliyində yerləşən təlim düşərgəsinə silah-sursat çatdırılıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Rusiyanın silah göndərdiyi düşərgə YPG-nin Suriyada yerləşən əsas təlim mərkəzi sayılır. İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə Rusiya PKK-nın Suriyadakı qolu olan YPG-ni açıq şəkildə dəstəkləməyə başlayıb. Bundan əlavə, Amerikanın da silahlandırdığı təşkilat Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra rəsmi Moskvanın əsas kartı hesab olunur.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi