DİN: Gəncədə keçirilən xüsusi əməliyyatda 6 nəfər həbs olunub
Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən şəhər sakini Mübariz İbrahimov tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, ona məxsus “VAZ-2106” markalı avtomobilə baxış zamanı 4 ədəd “RQD-5” qumbarası, 1 ədəd qoruyucu, 2 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) götürülüb.
Noyabrın 30-da Gəncə ŞBPİ əməkdaşları tərəfindən “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Ramiz Sarıyevin Yeni Gəncə qəsəbəsindəki evinə baxış zamanı 3 ədəd “F-1” qumbarası, 2 ədəd patron darağı, 67 ədəd müxtəlif çaplı patron, 1 ədəd planşet, 9 ədəd DVD disk, 22 ədəd dini ədəbiyyat və 2 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar edilərək götürülüb.
Noyabrın 30-da Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən “Müsəlman Birliyi” adlı hərəkatı üzvlərinə dəstək verən Rövşən Əsədovun evinə baxış zamanı 1 ədəd “AK-74” makalı silah, 2 ədəd patron darağı, 30 ədəd patron, 11 ədəd DVD disk, 12 ədəd dini ədəbiyyat, 5 ədəd üzərində fars yazıları olan bankomat kartı, 1 ədəd üzərində fars yazıları olan mobil telefon üçün kart və 4 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti), Anar Sultanovun evinə baxış zamanı 1 ədəd lüləsi və qundağı kəslimiş ov tüfəngi, 1 ədəd “RQD-5” qumbarası, 2 ədəd patron darağı, 50 ədəd müxtəlif çaplı patron, 91 ədəd dini ədəbiyyat və 2 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar edilərək götürülüb.
Noyabrın 30-da Kəpəz RPİ əməkdaşları tərəfindən “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Füzuli Abbasovun mənzilinə baxış zamanı 2 ədəd “F-1” qumbarası, 2 ədəd patron darağı, 52 ədəd müxtəlif çaplı patron, 1 ədəd süngü bıçaq, 68 ədəd DVD disk, 26 ədəd təqvim, 52 ədəd dini ədəbiyyat və 2 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti), Ramil Abbasovun evinə baxış zamanı 1 ədəd, “F-1”, 1 ədəd “RQD-5” qumbarası, 25 ədəd müxtəlif çaplı patron, 1 ədəd audio disk, 4 ədəd dini lövhə, 4 ədəd dini ədəbiyyat və 3 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar edilərək götürülüb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi