Azərbaycanda yarım milyon manatlıq dələduzluq edən şəxs axtarışa verildi
Azərbaycan hüquq-mühafizə orqanları külli miqdarda dələduzluq edən şəxs barəsində beynəlxalq axtarış elan edib.
APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 38 yaşlı Rəvan Əliyev dələduzluqda təqsirləndirilir. O, Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
APA-nın əldə etdiyi məlumata görə, Rəvan Əliyev vətəndaşların 440 min manat məbləğində pulunu mənimsəyib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi