Bəşər Əsəd: "Kürdləri silahlandırırıq"
Suriya prezidenti Bəşər Əsəd ölkədəki kürd döyüşçülərə silah göndərdiklərini açıqlayıb.
APA-nın xəbərinə görə, “Sunday Times”a açıqlama verən Bəşərə Əsəd bildirib ki, kürd silahlı birləşmələrinə (PYD) İŞİD terrorçuları ilə döyüşmək üçün silah yardımı edilib: “Kürdlər də Suriya vətəndaşlarıdır və onlar terrorçularla mübarizə aparmaq istəyirlər”.
Bəşər Əsəd koalisiya qüvvələrinin Suriyada keçiridiyi hərbi havaəməliyyatlarından da danışıb. O, bu əməliyyatların İŞİD-lə mübarizədə yetərsiz qalacağını vurğulayıb: “Terror xərçəng xəstəliyinə bənzəyir. Onun kökünü kəsmək üçün özəyini yox etmək lazımdır. Kiçik bir hissəni kəsib atmaqla problem həll olunmaz”.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi