Qərb koalisiyası Əsəd ordusunu bombaladı
Suriyada antiterror əməliyyatlarını bərpa edən Qərb koalisiyası Suriya ordusunun mövqelərini bombalayıb.
APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, Əsəd qüvvələrinin düşərgələrini bombalaması nəticəsində 4 hərbçi ölüb, 16 yaralı var.
Hadisə Deyr əz-Zor bölgəsində, ölkənin şərqində qeydə alınıb. Zərbələr silah anbarlarını məhv edib. Koalisiya komandanlığı bu hadisənin yanlışlıq nəticəsində baş verdiyini açıqlayıb.
Xatırladaq ki, Qərb koalisiyası Suriyada 2014-cü ilin sentyabrından antiterror əməliyyatlarına başlayıb. Bu ilin sentyabrından isə Rusiya Bəşər Əsədin müraciəti əsasında ölkədə İŞİD terrorçularına və digər silahlı birləşmələrin mövqelərinə zərbələr endirir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi