Axtarışlar nəticəsiz qalıb, yanğını söndürmək mümkün olmayıb - OPERATİV QƏRARGAH
“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb. APA TV-nin məlumatına görə, bu barədə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
"Saat 11:00-a olan məlumata görə, axtarışlar nəticə verməyib, itkin düşmüş əməkdaşlarımızı tapmaq mümkün olmayıb. Lakin axtarış tədbirləri davam edir".
O əlavə edib ki, axtarış tədbirləri gəmilərlə və helikopterlərlə həyata keçirilir.
Baş mühəndisin sözlərinə görə, yanğını söndürmək hələlik mümkün olmayıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi