Bu gün evliliyinin 7 ili tamam olur - İTKİN NEFTÇİNİN AİLƏSİNDƏN REPORTAJ
Azərbaycan Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərdən biri Edik Rzaxanovdur. Üç azyaşlı övladı atalarının, valideynləri isə oğlunun yolu gözləyir.
APA TV-nin şimal bürosunun xəbərinə görə, bu gün Radikin toyunun 7-ci ildönümüdür. Edik növbəni təhvil verib evə qayıtmalı, evliliyinin ildönümünü ailəsi ilə birlikdə qeyd etməli idi. Qardaşı deyir ki, hadisədən öncə Ediklə telefonla danışıblar: "Danışdıq, hal-əhval tutduq. Dedi, yaxşıdır hər şey, narahat olma. 4-cü gün səhər özü zəng vurub evlə danışıb. Deyib salamatçılıqdır".
Dayısının sözlərinə görə, Edik 7 il idi ki, dənizdə işləyirdi. Bu günə qədər hər hansı problem olmamışdı: "Yuxarı təşkilatlardan xahişim budur ki, axtarışları sürətləndirsinlər. Camaat gözləyir. Bizim də ümidimiz xəbərlərədir. Hər halda, yaxşı xəbərlər eşitmək istəyirik".
Qeyd edək ki, itkin düşən neftçilərdən 3-ü Xaçmaz rayonundandır. Dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. Hadisə zamanı 33 nəfər xilas olunub, 29 nəfər isə itkin düşüb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi