“Neft Daşları”nda itkin düşmüş neftçilərin axtarışına sualtı qayıq cəlb olunub
"Neft Daşları"nda baş verən qəza nəticəsində itkin düşmüş 3 neftçinin axtarışları ilə əlaqədar sualtı axtarışlara başlanıb.
APA TV-nin xəbərinə görə, bu barədə "Azneft" İstehsalat Birliyin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib: “Axtarışlar "Geofizika" gəmisi ilə aparılır. Dünən başlamaq istədiyimiz axtarışlar güclü külək, suyun bulanıq olması səbəbindən effekt verməyib. Bu gün dənizin nisbətən sakitləşməsi imkan verir ki, bu axtarışları suyun altında da davam etdirək. İlk öncə axtarışlar 501 saylı, ondan sonra yaxın estakadalarda davam etdiriləcək. Bu sahədə FHN-in vertolyotları da axtarışları davam etdirir”.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi