Çexiya prezidenti: "Türkiyəni Avropa Birliyinə qəbul etmək olmaz"
“Türkiyə NATO üzvü olsa da, İŞİD-in müttəfiqi kimi hərəkət edir”. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Çexiya prezidenti Miloş Zeman ölkənin şimalında seçicilərlə görüşü zamanı deyib.
Türkiyənin Avropa İttifaqına qəbul edilməməsinin vacibliyini vurğulayan Miloş Zeman Brüsselin Ankaraya 3 milyard avro yardım ayırmasını pisləyib.
“Eyni dindən olduqları üçün Türkiyənin suriyalı qaçqınları təmin etmək imkanı var”, - deyə Çexiya prezident qeyd edib.
Sonda Miloş Zeman fikirlərinə görə Türkiyə səfirindən etiraz notası gözlədiyini də diqqətə çatdırıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi