Nobel mükafatı Atatürkə hədiyyə edildi
Kimya üzrə Nobel mükafatının sahibi, türkiyəli alim Əziz Sancar öz mükafatını Atatürkün xatirə muzeyinə hədiyyə edib.
APA TV-nin məlumatına görə, ötən gün Əziz Sancar Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Hulusi Akarla görüşərək, aldığı Nobel mükafatının sertifikatını və medalı ona təqdim edib.
Hələlik mükafatın rəmzləri Baş Qərargahda xüsusi guşədə saxlanacaq. Əziz Sancar Mustafa Kamalın anadan olduğu 19 may tarixində Atatürkün xatirə muzeyinə, yəni Anıtqəbirə gedərək mükafatı təqdim edəcəyini qeyd edib.
Əziz Sancar deyib ki, verilən mükafat həm Atatürkün, həm də bütün Türkiyə Cümhuriyyətinin mükafatıdır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi