Zaqatalada kollec binası yandı
Bu gün səhər saat 07:40 radələrində Zaqatala şəhəri, Nizami küçəsində yerləşən Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin inzibati binalarından birində yanğın baş verib.
APA TV-nin məlumatına görə, dərhal hadisə yerinə FNH-in Zaqatala YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılıb. Yanğın nəticəsində ikimərtəbəli korpusun birinci mərtəbəsində 15 kv. m, ikinci mərtəbəsində 25 kv. m, çardaq hissəsində 50 kv/m sahənin yanar konstruksiyaları yanıb. Faktla bağlı Zaqatala YMH-də araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi