Gəncə teatrı yaxınlığında 42 yaşlı kişi bıçaqlandı
Gəncədə bıçaqlanma hadisəsi olub. APA TV-nın qərb bürosunun xəbərinə görə, Samux rayonunun Kolayır kənd sakini, 1973-cü il təvəllüdlü Muradil Misirov qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. M.Misirovun Gəncə Dövlət Dram Teatrının binası yaxınlığında bıçaqlandığı bildirilir. Cinayətin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi