Xaçmazda yük maşını iki atı vurub
Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Canağır kəndi ərazisində qeydə alınıb. Xaçmaz rayonu, Qımılqışlaq kənd sakini Pərvin Məmmədseyidov idarə etdiyi “Qazel” markalı yük maşını ilə Xaçmaz rayon Şıxaput kənd sakinləri Adil Poladova və Zaur Bədəlova məxsus iki at arabasını vurub. Qəza nəticəsində atların hər ikisi tələf olub.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib