Sərhədçilər iki balıqçının həyatını xilas etdilər
Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi gəmiləri, texniki müşahidə və sahil nəzarəti məntəqələri dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər. Dekabrın 14-də, saat 13:00 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti məntəqəsinə dənizdə balıqçı qayığında yaranmış texniki nasazlıq səbəbindən iki nəfər balıqçının həyatının təhlükə qarşısında qalması barədə məlumat daxil olub. Sahildən iki mil aralıda yerləşən qayığın koordinatları dəqiqləşdirildikdən sonra həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Astara rayon Şahağacı kəndinin sakini Əliyev Elvin Ağaverdi oğlu və Kakalos kənd sakini Məmmədov Amil Valeh oğlu qayıqla birlikdə sahilə çıxarılıblar.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi