Beynəlxalq Bankın Sankt-Peterburqdakı filialında axtarış aparılır
Bu gün səhər saat 10:00 radələrindən etibarən Rusiyanın hüquq-mühafizə orqanları "Azərbaycan Beynəlxalq Bankı-Moskva"nın Sankt-Peterburq şəhərindəki filialında axtarışlara başlayıb.
"APA-Economics" "Fontanka" portalına istinadən xəbər verir ki, başlanılan müvafiq cinayət işi çərçivəsində aparılan axtarış tədbirləri pulların qanunsuz olaraq sərhəddən kənara çıxarılması ilə bağlıdır.
Filialın telefonlarına cavab verən yoxdur. Bundan başqa, "bank-müştəri" xidməti də fəaliyyətini dayandırıb.
Bu arada bankın Moskvada yerləşən baş ofisindən bəyan ediblər ki, hazırda Sankt-Peterburq filialında pulköçürmə və digər əməliyyatlar aparmaq mümkün deyil. Bankdan bunu rabitədəki problemlərlə əlaqələndiriblər və əlavə ediblər ki, bu problem 2-3 saata həll olunacaq.
Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli isə "APA-Economics"ə hüquq-mühafizə orqanları əməkdaşlarının filiala keçmiş müştərilərdən biri haqqında bəzi sənədlərin əldə olunması məqsədilə gəldiklərini bildirib. Onun sözlərinə görə, Sankt-Peterburq filialının fəaliyyətində heç bir problem yoxdur.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi