ABŞ Putinin anti-Türkiyə bəyanatlarına cavab verdi
"ABŞ Rusiya və Türkiyə arasında yaşanan gərginliyin artmasına qarşıdır". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu sözləri deyən Ağ Evin mətbuat katibi Coş Ernest Putinin son mətbuat konfransında verdiyi açıqlamalara da münasibət bildirib.
"Putin deyir ki, Türkiyə "Su-24" bombardmançısını ABŞ-a xoş gəlmək üçün vurub. Xeyr, bu belə deyil. Biz yenə deyirik, həmin təyyarə Türkiyənin hava məkanını pozduğu üçün vurulub. Məsələni biz də araşdırmışıq, "Su-24"ün pilotlarına dəfələrlə xəbərdarlıq edilib, lakin bütün bunlar cavabsız qalıb", - deyə o əlavə edib.
Coş Ernest bildirib ki, ABŞ Türkiyəni NATO-dakı müttəfiqi kimi dəstəkləyir. Bununla yanaşı, o, Ankaranı və Moskvanı barışığa çağırıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi