“Günəşli”dəki quyulardan ikisində yanğın söndürüldü
“Günəşli” yatağının 10-cu stasionar özülündə iki qaz quyusunda yanğın söndürülüb, üçüncü quyuda isə söndürülmək üzrədir. Digər 4 qaz quyusunda isə yanğın davam edir. Hazırda orada neft quyularında yanğın yoxdur”.
APA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova “Günəşli” yatağının 10-cu stasionar özülündə baş vermiş qəzanın ətraf mühitə təsiri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə ümumilikdə 30 quyu var ki, onlardan 2-si işlək deyil, 21-i neft, 7-si isə qaz quyusudur.
M.Avazova qeyd edib ki, neft quyularına hazırda qaz verilmir: “Çünki qaz verilməklə oradan neft çıxarılır. Yanğının baş verdiyi quyularındakı qazın tərkibində 100-ə yaxın karbohidrogen maddə var. Karbohidrogen maddələr yanmaya məruz qalır”.
M.Avazova onu da qeyd edib ki, qəzanın dəniz mühitinə hər hansı mənfi təsiri yoxdur: “Hazırda Xəzər dənizinin faunasına da təhlükə yoxdur. Vizual müşahidələr aparılır, su nümunələri götürülür. Nümunələr analitik laboratoriyada yoxlanılacaq”.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi