“Günəşli”də xəsarət alan daha 4 neftçi evə buraxıldı
SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən 4-ü evə buraxılıb.
MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA TV-yə açıqlamasında bildirib ki, xəstəxanada olan neftçilərin müalicəsi davam etdirilir.
Onun sözlərinə görə, neftçilər Rəşid Hüseynov, Raman Yusubov, Ədalət Dadaşov və İsmayıl Mehdiyev müalicələri baş çatdığı üçün evə buraxılıblar: “Hazırda xəstəxanada olan 10 neftçinin müalicəsi davam edir”.
Qeyd edək ki, dekabrın 4-də baş verən qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi