Azərbaycanda daha bir vəzifəli şəxs tutuldu
Azərbaycanda daha bir vəzifəli şəxs korrupsiya faktına görə tutulub.
APA-nın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları ötən gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində əməliyyat keçirib.
Əməliyyat zamanı şöbənin rəis müavini Yasər İbrahimov saxlanılıb. Dövlət Xidmətinin Füzuli rayon şöbəsindən APA-ya Y.İbrahimovun tutulması faktını təsdiqləyiblər.
Hazırda əməliyyat tədbirləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi