Lənkəranda bayram yarmarkası keçirildi
Lənkəran şəhərində Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası keçirilib.
APA TV-nin cənub bürosunun məlumatına görə, səhər saatlarından başlayan yarmarkaya əhalinin tələbatına müvafiq olan müxtəlif növ yeyinti və ərzaq məhsulları çıxarılıb.
Lənkəran ŞİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini İlkin Rəhimovun sözlərinə görə, yarmarkanın keçirilməsində məqsəd süni qiymət artımının qarşısını almaqdan ibarət olub: "Bayram yarmarkasına Lənkəranla yanaşı, Bakı şəhərindən və respublikasının ayrı-ayrı rayonlarından 34 şirkət və fiziki şəxs dəvət olunub. Dəvət olunmuş sahibkarlar yarmarkaya ümumilikdə 387 ton məhsul gətiriblər".
Ekoloji cəhətdən təmizliyi ilə seçilən məhsulların qiymətinin bazar qiymətindən 25-30 faiz aşağı olması rayon sakinləri tərəfindən razılıqla qarşılanıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi