General Elçin Quliyev həbs edildi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev həbs edilib.
Bu barədə APA-ya Səbail rayon Məhkəməsindən məlumat verilib.
Məlumata görə, E.Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bundan öncə E.Quliyev MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi