Pentaqon: Rusiya ilə hərbi əməkdaşlığımız mümkün deyil
Rəsmi Moskva Bəşər Əsədlə bağlı mövqeyini dəyişməsə, Pentaqon Rusiya ilə əməkdaşlıq etməyəcək.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Mişel Baldansa bəyan edib.
“Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Hələ ki Moskva diqqətini İŞİD-lə mübarizəyə cəmləşdirmək əvəzinə Bəşər Əsədə dəstək göstərir, hər hansı bir əməkdaşlıqdan söz gedə bilməz”, - deyə Mişel Baldansa bildirib.
Qeyd edək ki, dekabrın 25-də Rusiya Baş Qərargahının Operativ İdarəsinin rəisi Sergey Rudskoy bəyan etmişdi ki, Moskva Suriyada terrorçuların obyektlərinə dair məlumatları bölüşməyə hazırdır və rəsmi Vaşinqtondan eyni hərəkəti gözləyir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi