Sabunçuda ilin ən böyük mənzil oğurluğu!
Sabunçu rayonunda ilin ən böyük mənzil oğurluğu qeydə alınıb. Sabunçu rayon Polis İdarəsindən APA TV - yə verilən məlumata görə, Sabunçu rayonunda yaşayan Vidadi Hüseynovun evindən pəncərədən girmək yolu ilə məişət əşyaları və dəmir seyf oğurlanıb. Oğrular seyfin qapısını sındıraraq 80000 manat dəyərində qızıl əşyaları götürüblər.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Yevgeniy Şepiya və Xalid Gülməmmədov tutulublar. Qeyd edək ki, mənzil yeni təmirdən çıxıbmış. Zərərçəkənin polis idarəsində verdiyi məlumata görə, saxlanılan şəxslər ona 100.000 manatdan çox maddi ziyan vurublar.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi