Paytaxtda qarlı hava şəraiti ilə əlaqədar təcili yardıma müraciətlər 8 faiz artıb
Yeni il gecəsindən başlayaraq ölkə ərazisində havanın qeyri-sabit keçməsi təcili yardım stansiyalarına müraciətlərin sayına öz təsirini göstərib. 31 dekabr-1 yanvar aralığında təcili yardıma əhali tərəfindən verilən çağırışların sayında adi günlərlə nisbətdə artım müşahidə olunub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin müavini Oqtay Şahmalıyev APA TV-yə açıqlamasında bayram günlərində təcili yardım stansiyalarına edilən zənglərin ümumi sayında 8 faiz artımın olduğunu bildirib. Onun sözlərinə görə, çağırışlar əsasən ürək-damar və tənəffüs yollarının xəstəlikləri ilə əlaqədar olub. Oqtay Şahmalıyev hələlik stansiyaya qarlı hava şəraitində travmalarla bağlı müraciətlərin daxil olmadığını da qeyd edib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi