Sabah Bakıda 5-7 dərəcə isti olacaq
Yanvarın 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacaq. Şəhərətrafı yolar buz bağlayacaq.
Yanvarın 5-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlədə duman olacaq. Qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 4-9 şaxta, gündüz 3-8 isti, dağlarda gecə 10-15 şaxta, yüksək dağlıq ərazilərdə 18-23 şaxta, gündüz 0-5 şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi