Lənkəranda oğurluqda şübhəli bilinən 5 yeniyetmə tutuldu
Lənkəran rayon Polis Şöbəsinin əməkdaşları oğurluqda şübhəli bilinən 5 yeniyetməni saxlayıblar.
APA TV-nin cənub bürosunun xəbərinə görə, saxlanılan şəxslər Lənkəran sakinləri - 1999-cu il təvəllüdlü Taleh Heydərov, onun həmyaşıdı Vüsal Quluzadə, 1998-ci il Famil Rzazadə, Bakı sakinləri - 1998-ci il təvəllüdlü Nihad Məmmədov, 1999-cu il təvəllüdlü Ağa Rzayevdir.
Araşdırmalar zamanı məlum olub ki, onlar ayrı-ayrı zamanlarda Lənkəran şəhərində və rayonun Liman şəhərində gecə saatlarında mağazaların qapı və pəncərələrini qıraraq silah, gümüş əşyalar, nağd pul və SİM-kartlar oğurlayıblar.
Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam edir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi