Azərbaycan vətəndaşının 2,5 milyon dollar pulu oğurlandı!
Sankt-Peterburqda Azərbaycan vətəndaşının 2,5 milyon dollar pulu oğurlanıb. APA TV-nin məlumatına görə, adı açıqlanmayan 28 yaşlı soydaşımız bu gün Rusiya hüquq-mühafizə orqanlarına rəsmi ərizə ilə müraciət müraciət edib. O bildirib ki, sentyabrın 11-də “Pulkovo-2” hava terminalının yanından keçən şose yolda dörd masqalı şəxsin hücumuna məruz qalıb. Qara geyimli maskalılar soydaşımızın boyun nayihəsinə küt alətlə zərbə endirib, daha sonra onu “Hyundai” markalı mikroavtobusa mindirərək Şuşarı yaşayış məntəqəsinə aparıblar. Onlar Azərbaycan vətəndaşının çantasını əlindən alaraq maşın hərəkətdə ikən Nikolayev keçidi ilə Avtozavodsk küçələrinin kəsişməsində soydamışımızı maşından atıblar. Azərbaycan vətəndaşı ərizəsində oğurlanan çantanın içərisində 2,5 milyon dollar pul və sənədlərin olduğunu bildirib. O pulların özünə məxsus olduğunu deyib. Azərbaycan vətəndaşının adı açıqlanmır, onun yalnız
Nevski rayonunda yaşadığı bildirilir. Soydaşımız soyğunla bağlı polisə iki həftə sonra müraciət etməsinin səbəbini açıqlamayıb. Hələlik hadisə ilə əlaqədar cinayət işi başlanmayıb. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib