Tovuzda 23 yaşlı oğlan bıçaqlanıb
Tovuzda bıçaqlanma olub. Tovuz rayon Polis Şöbəsindən APA-TV-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib. Kənd sakini, 23 yaşlı Ramil Əhmədov naməlum şəraitdə bıçaqlanıb. Xəsarət alan gənc dərhal Tovuz şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin bildridiyinə görə, 23 yaşlı Ramil Əhmədov qarın və baldır nahiyələrindən 8 bıçaq yarası alıb. Zərərçəkənlərin yaxınlarının bildiridiklərinə görə hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi açılıb, cinayəti törədənlərin tapılması istiqamətində iş aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib