Zaqatala sakini təndirdə yanıb!
Zaqatala rayon sakini təndirdə yanıb. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Muxax kəndində qeydə alınıb. Zaqatala rayonu Muxax kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədəminova Pirdovus Şaban qızı yaşadığı evin həyətindəki təndirə çörək yapan zaman ehtiyatsızlıqdan təndirə düşüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan Pirdovus Məmmədəminova Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Zaqatala MRX-dan verilən məlumata görə, Pirdovus Məmmədəminova təndirə düşməsi nəticəsində yuxarı və aşağı ətrafların 2-ci və 3-cü dərəcəli texniki yanıq xəsarəti alıb. Hazırda onun vəziyyəti orta-ağır hesab olunur. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib