Bakıda oğru dəstəsindən 19 kq-dan çox narkotik götürüldü
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayon sakini, 1993-cü il təvəllüdlü Mərhəmət Sədirovdan 5,15 qram, Bakı şəhər sakinləri - 1987-ci il təvəllüdlü Nahid Həsənovdan 5,88 qram və əvvəllər məhkum olunan, 1983-cü il təvəllüdlü Rəşad Əzimovdan 5,84 qram, ona məxsus zənbildən isə 19 kiloqram 150 qram qurudulmuş marixuana aşkarlanıb.
Araşdırma zamanı müəyyən edilib ki, onlar yanvarın 8-də Bakı şəhər sakini Zaur Aslanova məxsus Şüvəlan qəsəbəsində yerləşən bağ evindən velosiped, yanvarın 9-da həmin ünvandan qədim samovar, qədim 3 ədəd mis podnos və külqabı, 2 ədəd xəncər, geyim və elektron məişət əşyaları oğurlayıblar. Oğurlanan əşyalar maddi sübut kimi götürülüb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi