Bakıda 27 yaşlı gənc müəmmalı şəkildə bıçaqlandı
Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi olub. APA TV-nin məlumatına görə, hadisə rayonun Bəhruz Nuriyev ev 12 ünvanında qeydə alınıb. 1989-cü il təvəllüdlü Şükürov Əfqan Elvin oğlu qarın nahiyəsinin bıçaq yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, xəstəyə dərhal müdaxilə edilib və o, əməliyyata alınıb. Hazırda xəstənin vəziyyəti orta ağır olaraq qalır.
Hadisə barədə polis məlumatlandırılıb. Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları araşdırmalara başlayıblar. Hazırda polis 27 yaşlı gəncin kimlər tərəfindən və hansı şəraitdə bıçaqlandığını araşdırır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi