Əhməd Davudoğlu: "Terror aktını törədən kamikadze İŞİD üzvüdür"
İstanbulda 10 nəfərin ölümü, 15 nəfərin yaralanması ilə nəticələnən terror aktını törədən kamikadze İŞİD üzvü olub. APA TV-nin məlumatına görə, bu barədə jurnalistlərə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.
“Bizə məlumdur ki, bu terror aktını törədən şəxs İŞİD-in üzvü olan əcnəbidir. Qeyd etmək istəyirəm ki, biz bundan sonra da bu qruplaşma ilə qətiyyətlə mübarizə aparacağıq”, - deyə Davudoğlu qeyd edib.
Qeyd edək ki, yanvarın 12-də yerli vaxtla saat 10:15-də İstanbulun tarixi Sultanəhməd meydanındakı Alman çeşməsinin arxa tərəfində terrorçu kamikadzenin özünü partlatması nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi