Təhsil Nazirliyi: Sumqayıtda məktəbdə şagirdin döyülməsi ilə bağlı araşdırma aparılır
Sumqayıt şəhər 22 saylı orta məktəbində şagirdin müəllim tərəfindən döyülməsi barədə yayılan video ilə bağlı araşdırma aparılır.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, yaxın vaxtlarda araşdırmanın nəticəsi ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt şəhərində 22 saylı orta məktəbin şagirdinin İdris adlı tarix müəllimi tərəfindən döyülməsi ilə bağlı video yayılıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi