Türkmənistanda siqaret satışı qadağan olundu
Türkmənistanda siqaret satışı qadağan olunub. APA TV-nin xəbərinə görə, bu barədə “İndependent” nəşri məlumat yayıb.
Məlumata görə, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bununla bağlı qərar qəbul edib.
İki gün öncə ölkəyə qaçaqmalçılıq yolu ilə daxil olmuş külli miqdarda siqaret də müsadirə edilərək yandırılıb.
Qəzetin yazdığına görə, tütün məmulatlarının qadağan olunmasından sonra mağazada siqaret satanları yüksək məbləğdə cərimə gözləyir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi