Gəncədə 62 yaşlı kişi yol qəzasında ölüb
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Şəhər sakini, 1954-cü il təvəllüdlü Akif Cəfərov yolu keçmək istəyərkən, şəhər sakini, 1992-ci il təvəllüdlü Kənan Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub. Qəzada ağır bədən xəsarəti alan A. Cəfərov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi