Obama İŞİD-in Əfqanıstandakı mövqelərinin bombalanmasına razılıq verdi
ABŞ prezidenti Barak Obama İŞİD qruplaşmasının Əfqanıstandakı mövqelərinə hava zərbələrinin endirilməsini nəzərdə tutan qanunu imzalayıb.
APA TV-nin "Vesti.Ru"-ya istinadən xəbərinə görə, həmin qanunla Pentaqonun bu istiqamətdəki səlahiyyətləri genişləndirilib.
Sözügedən qanunun qəbulundan öncə Birləşmiş Ştatlar Əfqanıstan ərazisində hərbi aviasiyanın dəstəyindən yalnız beynəlxalq koalisiyanın müdafiəsi, yerli hərbçilərə dəstək və "əl-Qaida" döyüşçülərinə qarşı mübarizədə istifadə edə bilərdi.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi