Rusiya həbsxanasında azərbaycanlı mayor güllələndi
Rusiya Federasiyasının Komi Respublikasında qadın koloniyasında işləyən azərbaycanlı baş gizir həmyerlisi olan mayoru güllələyib.
APA-nın “Lifenews”a istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Mikun şəhərindəki 31 nömrəli koloniyada baş verib. Baş gizir Şahin Əliyev qarovul zamanı qəfildən avtomat götürərək avtomobildə əyləşmiş mayor Xalid Həsənova atəş açıb.
Başından güllə yarası alan mayor hadisə yerində ölüb. Daha sonra Ş.Əliyev intihar məqsədilə iki dəfə özünə atəş açıb, lakin güllələr körpücük sümüyünə və qarnına dəyib, silah əlindən düşüb.
İlkin versiyaya görə, Ş.Əliyev və X.Həsənov dost olublar. Onların münasibətləri Ş.Əliyev mənzil üçün birdəfəlik ödəniş aldıqdan sonra pisləşib. Həmkarlarının dediyinə görə, Ş.Əliyev ötən ilin noyabrında boşanıb və əldə etdiyi pullarla Azərbaycana qayıtmağı planlaşdırıb. X.Həsənov dostunu fikrindən daşındırmağa çalışıb, buna görə dəfələrlə aralarında dava olub və münasibətləri kəskin pisləşib.
Hazırda Ş.Əliyev ağır vəziyyətdə xəstəxanadadır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi