“Hyundai” buzlamış yolda aşdı - MASAZIRDA QƏZA
Abşeron rayonunda yolun buz bağlaması qəzaya səbəb olub. APA TV-nin məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunda baş verib. Sumqayıt istiqamətində hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü Masazır qəsəbəsinin girişindəki dairədə yolun sürüşkən olması səbəbindən idarəetməni itirib. Sürət yüksək olduğundan sürüşən avtomobil aşıb.
Qəza zamanı sürücü xəsarət almayıb. Hadisə yerində yol polisi əməkdaşları müayinələr aparıblar. Avtomobil cərimə meydançasına yerləşdirilib.
Faktla əlaqədar araşdırmalar aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi